Bu həftənin ən şanslı bürcləri- Astroloji proqnoz

Bu həftənin ən şanslı bürcləri- Astroloji proqnoz
SOSİAL
10:36 17.08.2026
209
Bu həftə bürclər üçün fərqli yeniliklər və dəyişikliklərlə yadda qala bilər. Bəzi bürcləri iş və maliyyə sahəsində yeni imkanlar, digərlərini isə münasibətlərdə mühüm qərarlar gözləyir.

AZXEBER.COM bu həftə bürcləri nələrin gözlədiyini təqdim edir:

Qoç – Həftə ərzində gözlədiyiniz xəbər və ya cavabı ala bilərsiniz. Münasibətlərdə isə tələskən qərarlardan uzaq durmaq tövsiyə olunur.

Buğa – Maliyyə məsələlərində diqqətli olmaq lazımdır. Gözlənilməz xərclər yarana bilər. Şəxsi həyatda keçmişlə bağlı mövzu yenidən gündəmə gələ bilər.

Əkizlər – Sosial çevrənizdə canlanma müşahidə olunacaq. Yeni insanlarla tanışlıq və maraqlı söhbətlər həftənin əsas mövzularından ola bilər.

Xərçəng – Uzun müddətdir düşündüyünüz məsələdə aydınlıq yarana bilər. Ailə və yaxınlarla bağlı sevindirici xəbər alma ehtimalınız var.

Şir – Həftənin diqqət çəkən bürclərindən biri Şir olacaq. İş və sosial həyatda özünüzü göstərmək üçün yeni imkanlar yarana bilər.

Qız – Planlaşdırma və yarımçıq işlərin tamamlanması üçün əlverişli həftədir. Münasibətlərdə isə açıq danışıq önəm qazanacaq.

Tərəzi – Yeni tanışlıq və ya maraqlı təklif gündəmə gələ bilər. Həftə ərzində mühüm seçim qarşısında qala bilərsiniz.

Əqrəb – Gizli qalan bir məsələ üzə çıxa bilər. Münasibətlərdə emosional gərginlik artsa da, səmimi söhbət vəziyyəti dəyişə bilər.

Oxatan – Səyahət, istirahət və yeni planlar üçün əlverişli həftədir. Uzun müddətdir təxirə saldığınız bir işi həyata keçirmək üçün fürsət yarana bilər.

Oğlaq – İş və məsuliyyətlər ön planda olacaq. Səbr etdiyiniz məsələnin nəticəsini görməyə başlaya bilərsiniz.

Dolça – Yeni ideyalar və dəyişiklik istəyi artacaq. Dost çevrəsindən gələn gözlənilməz təklif həftəyə rəng qata bilər.

Balıqlar – Hissləriniz daha güclü olacaq. Ürəyinizdə saxladığınız məsələ barədə danışmaq rahatlıq gətirə bilər. Həftənin sonu daha pozitiv keçə bilər.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR