Bu həftənin şənbə günü Bakıda ictimai nəqliyyat işləyəcək - SƏBƏB

Bu həftənin şənbə günü Bakıda ictimai nəqliyyat işləyəcək - SƏBƏB
SOSİAL
21:31 29.06.2021
2484
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti qarşıdakı bir ayda həftə sonları avtobuslar və metropolitenin işləməyəcəyi barədə məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, 3 iyul şənbə günü olmasına baxmayaraq, ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Çünki həmin gün Bakıda AVRO-2020-nin 1/4 final oyunu baş tutacaq.

Qeyd edək ki, yeni qərara əsasən, bu həftəsonu ictimai nəqliyyata qadağa 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək qüvvədə olacaq.
OXŞAR XƏBƏRLƏR