Bu həkim 300 xəstəni öldürdü - FOTO

MARAQLI
00:53 29.03.2013
3475

Cinayətin hansı səbəbdən törədildiyi məlum deyil.

Braziliyanın Kuritiba şəhərində intensiv terapiya xəstəxanasının baş həkimi Soareş de Souzanın ən azı 7 nəfərin ölümündə günahkar olduğu təsdiqlənib. Qadının daha 300 nəfərin ölümündə təqsirkar olduğu güman edilir. “Globo”nun verdiyi məlumata görə, ittiham olunanlar arasında Souza ilə yanaşı daha 3 həkim, 3 tibb bacısı və fizioterapevt var. Onlar kritik vəziyyətdə xəstəxanaya gətirilən pasiyentlərə eftanaziya tətbiq ediblər. Xəstəxanadakı vəziyyətlə bağlı polisə çoxdan məlumat verildiyi bildirilir. Hətta 2012-ci ilin dekabrında xəstələrdən biri evə yazdığı məktubda onu xəstəxanada öldürmək istədiklərini və evə aparılmasını xahiş edib. Həkimin içdiyi Hippokrat andını niyə pozduğu məlum deyil. Belə bir versiya da var ki, o, bəzi pasiyentləri xəstəxanada yer boşaltmaq üçün öldürüb. Əgər onun bu cinayəti sübuta yetirilsə, 2004-cü ildə 15 pasiyenti öldürmüş və daha 240 nəfərin öldürüldüyü güman olunan britaniyalı həkim Harold Şipmanı arxasa qoyacaq. (anspress)

OXŞAR XƏBƏRLƏR