Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı
SOSİAL
16:16 11.10.2022
156
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

AZXEBER.COM xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.
OXŞAR XƏBƏRLƏR