Bu həyatı doyunca yaşamaq istəyirəm!

MARAQLI
01:50 07.10.2015
2696
Vüsalə MustafazadəElə yaşamaq istəyirəm ki 
Yaşamaq istəyib də yaşamadığım günlər xatirinə. 
Elə yaşamaq istəyirəm Sevmədiyim adamları sevmək İncitdiyim adamları geri qazanmaq 
Getdiyim adamlardan aldıqlarımı qaytarmaq adına. 
O qədər yaşamaq istəyirəm ki 
Dörd əllə yapışmaq istəyirəm bu həyatın ətəyindən 
Küllərimdən doğulmaq bahasına belə. 
Yaşamaq istəyirəm 
Hər fəslin öz yağışında islanmaq, 
Bütün payızları yaşayıb, yenidən-yenidən aşiq olmaq, Boz havaları ciyərimə çəkib tünd cofe içmək, İçimdəki ümidləri yaşatmaq xatirinə. 
Mən daha çox Sənlə olan xatirələrimi yaşatmaq 
Qanadlarım qırılsa da, İçimdəki kəpənəkləri öldürməmək adına 
Yaşamaq istəyirəm. 
Mən bir gün “içimdəki bütün qadınları yaşadım” demək adına 
Bu həyatı doyunca yaşamaq istəyirəm!
OXŞAR XƏBƏRLƏR