“Bu, idmandır, kim hansı komandanı istəsə, dəstəkləyə bilər" - Deputat

“Bu, idmandır, kim hansı komandanı istəsə, dəstəkləyə bilər" - Deputat
SOSİAL
12:21 27.03.2023
393
"Bu, idmandır, o cümlədən nəzərə alsaq ki, qardaş ölkələrin klubları arasında olan oyundursa, ya iki qardaş ölkələr arasında olan idman növüdürsə, burada istənilən insan istənilən komandaya, yaxud idmançıya dəstək ola bilər. Burada mən heç bir qəbahət görmürəm, görə də bilmirəm”.

Bu sözləri Milli Məclisin deputatı Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında ötən günkü oyunda "Qalatasaray” klubunu dəstəkləyənlərə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bu idmandır və kim hansı komadanı istəsə, dəstəkləyə bilər:

"Neçə onillərdir ki, Azərbaycanın özündə adamlar var ki, futbolda, məsələn, "Liverpool”a, yaxud "Bavariya”ya maraq göstərirlər, onları dəstəkləyirlər. Onda nə demək olar? Bu, idmandır, gəlin, həmçinin biz nəzərə alaq ki, bu, qardaş ölkə komandasıdır, yəni biz bir millək, iki dövlətik. Burada heç bir qəbahət yoxdur”. 

Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Qalatasaray" klubları arasında qardaşlıq oyunu baş tutub. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR