Bu iki azərbaycanlı əmlak kralı seçildi - FOTOLAR

SOSİAL
14:48 27.01.2022
265

ABŞ-ın "Forbes" jurnalının Rusiya versiyası Rusiya Federasiyasında ən böyük daşınmaz əmlak sahiblərinin (rantyelərin) yeni reytinq siyahısını dərc edib.

Forbes-in "Daşınmaz əmlak kralları" adlanan reytinqinə əslən Azərbaycandan olan milyarder iş adamı Qod Nisanov başçılıq edir.

Moskvadakı "Kiyevskaya Ploşad" (93 min kvadrat metr sahə) və "Yevropeskaya" (180 min kvdarat metr) ticarət mərkəzləri Q.Nisanovun ən böyük kommersiya daşınmaz əmlak obyektləridir.

Q.Nisanovun kommersiya daşınmaz əmlak obyektlərinin ümumi sahəsi 2021-ci ildə də artaraq 3,9 milyon kvadrat metrə çatıb. Həmyerlimizin biznes strukturlarında 27 min nəfər çalışır.

İlk onluqda 7-ci yeri isə digər azərbaycanlı milyarder iş adamı Araz Ağalarov tutub. A.Ağalarovun "Crocus Group" holdinqinin Moskvadakı ən böyük obyektləri "Crocus Expo" (1040000 kvadrat metr) və "TRK Vegas"dır (480000 kvadrat metr).

"Crocus Group" səhmlərini bu yaxınlarda fond birjasına çıxararaq İPO keçirmək niyyətindədir.

 


OXŞAR XƏBƏRLƏR