Hər bir münasibət şəxsi amillərdən və cütlüyün qarşılıqlı səylərindən asılı olsa da, bürclər də böyük rol oynayır. Bəzi bürclər bir-birinə daha uyğun gəlirlər.
AZXEBER.COM Türkiyə mediasına istinadən həmin bürc birləşmələrini təqdim edir:
1. Buğa və Oğlaq:
Hər iki bürc torpaq ünsürünə aid olduğu üçün bir-biriləri ilə olduqca uyğunlaşırlar. Buğa səbirli, sadiq və evcildir. Oğlaq isə məsuliyyətli və qətiyyətli bir bürcdür. Bu cütlüklər qarşılıqlı inam və sədaqət üzərində qurulmuş möhkəm bir münasibət qura bilərlər.
2. Xərçəng və Balıqlar:
Su bürcü olan Xərçəng və Balıqlar emosional dərinliyi və bir-birinə empatiyası ilə seçilirlər. Xərçəngin ailəyə sədaqəti və Balıqların qayğıkeş təbiəti bu ikisinin emosional olaraq məmnun və uzunmüddətli bir əlaqə yaratmasına kömək edə bilər.
Oksana