Təyyarədə telefonun söndürməyən iki azərbaycanlı digər sərnişinlərlə dava edib.
Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürk Hava Limanından İzmirə gedən təyyarədə sərxoş olduğu bildirilən iki Azərbaycan vətəndaşı telefonlarını söndürməyərək yatıblar.Təyyarə uçuşa başladığı vaxt həmin şəxslərin telefonuna uzun müddət zəng gəlib və onlar yuxuda olduqları üçün zəngə cavab verməyiblər. Bundan isə təyyarədə olan digər sərnişinlər narahat olub.Stüardessalar onları yuxudan oynadıraraq telefonlarını söndürmək lazım olduğunu bildiriblər. Təyyarə İzmirə endikdən sonra sərnişənlərlə həmin iki azərbaycanlı arasında dava düşüb.Əlbəyaxa davaya girişənləri polis çətinliklə ayırıb. Azərbaycanlılar saxlanılaraq polis şöbəsinə aparılıb.