Bu il 1160 oğlan uşağına Yusif adı qoyulub

Bu il 1160 oğlan uşağına Yusif adı qoyulub
SOSİAL
23:15 24.07.2019
4891
Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad yenə də Yusif olub.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, bu il ərzində Yusif adı 1160 uşağa qoyulub. 

Oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (1065), Hüseyn (914), Uğur (891), Ömər (660), Məhəmməd (656) olub. 

Bu il qızlara ən çox verilən ad isə Zəhra olub ki, bu, ötən müddətdə 1188 yenidoğulan qıza qoyulub. 

Ümumilikdə, ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhradan sonra Aylin (781), Nuray (763), Zeynəb (761), Məryəm (743), Mələk (660), Fatimə (644) və s. olub. 
OXŞAR XƏBƏRLƏR