Bu il ali məktəblərdə özəl əsaslı sifarişli yerlərin 90% dolacağı gözlənilir.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ənənəvi olaraq dövlət sifarişli plan yerləri 93-95% dolur.
DİM sədri həmçinin əlavə edib ki, subbakalavrların qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur.