ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.ARDNŞ-dən verilən məlumata görə, 2013-cü ilin birinci rübündə İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, dövlət qəbul komissiyasından keçmiş və müvafiq istismara qəbul aktı almış 25 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bunların 17-si Bakı şəhərində, 8-i isə Mingəçevir şəhəri, Abşeron, Göyçay, Lerik, Zaqatala və Zərdab rayonlarında yerləşir.
Xatırladaq ki, 2012-ci ildə «Azəriqaz» İB 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.