Britaniyanın məşhur investisiya bankı "NatWest” 2023-cü il üçün proqnoz hesabatını açıqlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda 2023-cü ildə qlobal iqtisadiyyatı narahat edəcək 7 məqama diqqət çəkib.
2023-cü il üçün iqtisadi proqnoz hesabatında digər investisiya banklarından fərqli olaraq qlobal iqtisadiyyatın geosiyasi problemləri də sadalanıb.
Hesabatda qlobal iqtisadiyyatı gərginləşdirə biləcək 7 ölkəyə dədiqqət çəkib. Bu ölkələrə Rusiya və Ukrayna başçılıq edir.
"NatWest”ə görə, qış ayları hər şeyi dəyişə bilər. "Ukraynadakı sərt qış mühitinin səbəb olduğu iqtisadi və enerji xərcləri orta müddətli perspektivdə Avropa və ABŞ üçün artacaq” adlanan hesabatda Rusiya lideri Vladimir Putinin sülh razılaşmasını istəmədiyi vurğulanır.
Hesabata görə, Tayvan 2023-cü ildə ən qorxulu yerlərdən biridir. ABŞ Çinin təzyiqinə qarşı 2022-ci ildə bir neçə dəfə Tayvana dəstəyini təkrarladı. Pekinin qarşısında Rusiyanın Ukraynada öz təcrübəsi var. Ona görə də Çinin Tayvana bütövlükdə müharibə elan etməsi çətindir. Bununla belə, Çin çox güman ki, adayı blokadaya alacaq.
Bu ilin digər "qanaxma” nöqtəsi 16 sentyabr 2022-ci ildən küçə nümayişlərinə səhnə olan İran olacaq. "NatWest” analitikləri beynəlxalq terrorizmin Əfqanıstan və Qərbi Afrikadan yayılmasından qorxurlar.
Təbii fəlakətlərin, iqtisadi və siyasi qarşıdurmaların yaşandığı Pakistan və 2022-ci ildə bir-birinin ardınca raket sınaqları keçirərək Yaponiya ilə münasibətləri gərginləşdirən Şimali Koreya "NatWest”in işarə etdiyi digər iki geosiyasi böhran nöqtəsidir.
Aydın