"Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb"

"Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb"
İDMAN
13:39 28.12.2025
215
İdmanın kütləviliyinə nail olmaq, gənclərin sağlam böyüməsini təmin etmək və onların zərərli vərdişlərdən uzaqlaşmalarını təmin etmək məqsədilə ölkədə idman sahəsinin inkişafına xüsusi önəm verilir və dövlət siyasətinin prioritet sahəsi hesab edilir.
 
Azərbaycan hazırda idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda iştirak edir və yüksək nailiyyətlər əldə edirlər. Bu uğurların təməlində ölkə Prezidentinin idmana xüsusi diqqət və qayğısı dayanır.

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu il idmançılarımız tərəfindən qazanılan medalların sayının rekord həddə çatdığını bildirib.
 
"Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır” – deyə ölkə başçısı çıxışında qeyd edib.
 

Fəxri Cəfərov
"İrəvan” İdman Klubunun direktoru

OXŞAR XƏBƏRLƏR