Bu il Narkoloji Mərkəzə yönləndirilən şəxslərin sayı AÇIQLANDI

Bu il Narkoloji Mərkəzə yönləndirilən şəxslərin sayı AÇIQLANDI
SOSİAL
16:25 15.04.2023
138
Bu ilin ilk 3 ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 19832 nəfər yönləndirilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 581 nəfərindən 347-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
OXŞAR XƏBƏRLƏR