Bu il “Son zəng” keçiriləcək? – Nazirlikdən reaksiya

Bu il “Son zəng” keçiriləcək? – Nazirlikdən reaksiya
SOSİAL
18:31 01.06.2021
949
2020-2021-ci tədris ili üzrə məzun olan şagirdlərin sayı məlum olub.

AZXEBER.COM xəbər verir ki, modern.az-a bu barədə Təhsil Nazirliyindən rəsmi cavab verilib.

Nazirliyin məlumatına görə, bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Təhsil Nazirliyindən onu da əlavə ediblər ki, bu il "Son zəng” tədbirlərinin keçirilib-keçirilməməsi ilə bağlı hələ qərar verilməyib.

OXŞAR XƏBƏRLƏR