2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan 48 nəfərin xarici ölkələrdən Azərbaycana gətirilməsi təmin olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, 20 nəfər Rusiyadan, 6 nəfər Gürcüstandan, 6 nəfər Qazaxıstandan, 4 nəfər Birləşmiş Ərəb Əmirliklərindən, 4 nəfər Ukraynadan, 2 nəfər Türkiyədən, 2 nəfər Monteneqrodan, 1 nəfər Almaniyadan, 1 nəfər Serbiyadan, 1 nəfər Moldovadan və 1 nəfər Özbəkistandan təhvil alınıb.
Eyni zamanda, bu müddətdə 20 nəfərin xarici ölkələrə təhvil verilməsi təmin edilib. Qeyd edilib ki, 6 nəfər Özbəkistana, 4 nəfər Rusiyaya, 3 nəfər Qırğız Respublikasına, 1 nəfər Moldovaya, 1 nəfər Çinə, 1 nəfər Hindistana, 1 nəfər Türkiyəyə, 1 nəfər Rumıniyaya, 1 nəfər Tacikistana və 1 nəfər Türkmənistana təhvil verilib.











































