Rus bölmələrində daha bir yenilik! - Bu fənn də Azərbaycan dilində olacaq

Rus bölmələrində daha bir yenilik! - Bu fənn də Azərbaycan dilində olacaq
SOSİAL
12:03 22.08.2025
1514
2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə imzaladığı əmrdə öz əksini tapıb.

Qeyd edək ki, ötən illər tədirisi digər dillərdə aparılan VI siniflərdə"Azərbaycan tarixi" fənni həmin dilə uyğun təşkil edilirdi.
OXŞAR XƏBƏRLƏR