Onlar iki il əvvəl Kunmin şəhərinin sahillərində 13 balıqçını öldürməklə suçlanıblar.Myanma vətəndaşı Nau Kham, onun əlaltıları - taylandlı Yi Lay, myanmalı Kham Hsan Kham və laoslu Çja Hika edam olunublar.Milli.Az AsiaOne-a istinadən bildirir ki, Myanmadan olan narkobaron Nau Kham və onun 3 əlaltısı kameradan çıxarılandan sonra edam yerinə aparılıblar. Burada onlara zəhərli inyeksiya vurulub və edam gerçəkləşib.Yunnan vilayətindəki edam anları göstərilməsə də, translyasiya Çindəki sosial şəbəkələrdə böyük qəzəblə qarşılanıb.Elə həmin telekanal edamdan bir gün əvvəl narkobaronla müsahibəni yaymışdı.Yuxusuzluqdan şikayət edən, anası və uşaqları üçün darıxdığını deyən narkobaron ağlayaraq söyləmişdi: "Anam üçün çox darıxıram. Uşaqlarımın mənə bənzəmələrini istəmirəm. Uşaqlarım var, qorxuram. Ölümdən yaman qorxuram".Nau Khamın dəstəsi 2011-ci ildə Mekonq çayında 13 çinli balıqçını xüsusi amansızlıqla qətlə yetirmişdilər.Çinli balıqçıların cəsədləri çayın Tayland sahilində, Ping Hua və Yu Xing qayıqlarında tapılmışdı.Khamı Tayland sərhədçilərinin dəstəklədikləri də deyilir.Çinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Xidmətinin rəisi Lyu Yueçjin CCTV-yə deyib: "Nau Kham buddist idi. Lakin onun həyatı qətllər, qəddarlıq, vəhşilik və cinayətlərlə dolu idi. Bu qəddar insan insanları heçə sayırdı".Çinin CCTV News dövlət telekanalı edam cəzası almış məhkumların həyatlarının son anlarını nümayiş etdirib.