İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Quliyeva Sahibə və 2 yaşlı nəvəsi Quliyeva Zəhranın şəhid olmasına "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimov da üzülüb və bu olayın cəzasız qalmamasını istəyib. O, bütün dünyanı bu vəhşiliyi qınamağa çağırıb.
"Heç kim bu hadisəyə Azərbaycan xalqının problemi olaraq baxmamalıdır. İrqindən, dinindən və milliytindən aslı olaraq bu qətl cəzasız qalmamalıdır. 2 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib. Bu insanlığa sığmayan hadisədir. Bunu bütün dünya görməli, bilməli və səssiz qalmaq olmaz. Biz birlikdə bu hadisəni qınamalı və insan haqlarını qoruyan qurumlardan niyə bu hadisəni cəzasız qaldığın soruşmalıyıq. Sivil əhalinin hədəf alınması qəbuledilməzdi. Və mən Mübariz Mənsimov olaraq buna tək ad verirəm : teror və faşizim.”