Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi
DÜNYA
00:45 20.05.2022
428
Gün ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 8 tankı və 14 zirehli texnikası məhv edilib.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Birləşmiş Qüvvələri məlumat yayıb.

"Ukraynalı müdafiəçilər bu gün düşmənin 14 hücumunu dəf ediblər. İki yerdə döyüş hələ də davam edir. Cəsur döyüşçülərimiz canlı qüvvə və texnika ilə işğalçıları itki verməyə məruz qoyurlar”, - məlumatda bildirilib.

Bundan əlavə, Ukraynanın Donbas səmasında hava hücumundan müdafiə bölmələri "Orlan-10” tipli bir pilotsuz uçuş aparatını vurub.

Xüsusilə, Ukrayna müdafiəçiləri şərqdə bir gün ərzində 40 işğalçını məhv ediblər.
OXŞAR XƏBƏRLƏR