Bu kənddə 850 yardım paketi paylanıldı - Video

Bu kənddə 850 yardım paketi paylanıldı - Video
SOSİAL
14:32 02.05.2020
1063
COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin #BizBirlikəGüclüyük çağırışına şəmkirlilər tərəfindən böyük dəstək var.

AZXEBER.COM xəbər verir ki, bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonda başladılan "Əl-Ələ Verək, Dəstək Olaq” layihəsinə qoşulmaq istəyənlərin sayı hər gün artmaqda davam edir.

Layihə çərçivəsində rayonun yerli iş adamları, sahibkarları, Rusiyada yaşayan, çalışan imkanlı şəxsləri aztəminatlı ailələrə yardım kampaniyasına qoşulur, ehtiyacı olanlara dəstək göstərirlər.

Bu günə qədər Şəmkirdə 10 min 770 ailəyə, 65 yaşından yuxarı tənha qocalara ərzaq yardımı göstərilib.

"Əl-Ələ Verək, Dəstək Olaq” layihəsində Şəmkir şəhəri, Çinarlı, Zəyəm və Dəllər qəsəbəsi, Dəllər Cəyir, Şiştəpə, İrmaşlı, Seyfəli, Zəyəm Cırdaxan, Düyərli, Dəllər Daşbulaq, Dəllər Cırdaxan, Qədimqala, Çaparlı, Yeniabad, Yeni Həyat, Qılıncbəyli, Əliyaqublu, Qaracəmirli, Bayramlı, Sarıtəpə, Mahmudlu, Sabirkənd, Keçili, Xuluf kəndlərinin imkanlı şəxsləri daha fəal iştirak ediblər.

Layihədə fərqlənən kəndlərdən biri də Dəllər Cəyirdir. Kənddə bu günə qədər 895 yardım paketi paylanılıb.

Ərzaq bağlamaları könüllülərin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara çatdırılıb.

Şəmkirdə tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində işlər davam etdirilir.

Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şəmkirin Dəllər Cəyir kəndi xeyriyyə işləri ilə məşhurdur. Kəndin imkanlı şəxsləri yaxınları vəfat edəndə ehsan əvəzinə kənddə xeyriyyə işləri həyata keçirirlər.
 

OXŞAR XƏBƏRLƏR