Dünyanın ən təhlükəli heyvanları arasında yer alan timsahlar hər il minlərlə insanın ölümünə səbəb olur.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Afrikada Nil çayının sahilində yerləşən bir kənd isə timsah zorakılığından daha çox zərər çəkir.
Kənd sakinlərinin verdiyi məlumata görə, Qustav adlı əfsanəvi timsah indiyədək çay çəkdiyi 300 nəfəri yeyərək öldürüb. Timsah tərəfindən yaralananların sayı məlum deyil.
Tanqanyika gölünün yaxınlığında yaşayan kəndlilər timsahın şöhrəti yayıldıqca böyük qorxu içərisində yaşayırlar. Hətta kənd sakinlərinin timsah qorxusundan meşəlik əraziyə belə girə bilmədiyi bildirilir.
Aydın