Aktyor Metyu Makkonaxinin ciddi xəstəliyə tutulması barədə şayiələr yayılıb. Belə ki, həmişə gözəl formada görünən aktyoru anasıyla gəzintidə görənlər onun müşayiətsiz hərəkət etmək iqtidarında olmadığını bildirib. Bu xəbər onun pərəstişkarlarını heyrətə gətirib. Sən demə aktyor ekranda QİÇS-ə tutulmuş insan obrazını canlandırmaq üçün nə az, nə çox düz 15 kq çəki itirib. Aktyorun bunu məhz QİÇS-in real qurbanı Ron Vudruf rolu üçün etdiyini bildirir. Nəzərə alsaq ki, aktyor heç vaxt artıq çəkidən əziyyət çəkməyib, bu onun görünüşünə ciddi təsir göstərib. Sirr deyil ki, aktyorlar istədikləri obrazı reallaşdırmaq üçün hər cür fədakarlığa hazırdırlar. Ümid edirik ki, bu aktyorun sağlamlığına ciddi təsir göstərməyəcək.