"Konyaspor" və "Antalyaspor"a 3 mövsümlük transfer qadağası qoyulub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kayserispor"a qoyulan qadağa borclarını ödəyənə qədər davam edəcək.
FİFA-nın qərarı, xüsusilə mövsümün kritik mərhələsində heyətlərini gücləndirməyi planlaşdıran klublar üçün böyük şok olub.
FİFA-nın bu qərarı klubların maliyyə strukturunda yaranan problemlərin nə qədər ciddiləşdiyini ortaya çıxarmaq kimi qiymətləndirilsə də, Türkiyə Futbol Federasiyasının (TFF) bu vəziyyətlə bağlı hansı addımı atacağı maraq mövzusuna çevrilib.
Qadağanın nə vaxt aradan qaldırılacağı klubların borclarını nə qədər tez ödəyəcəyindən asılı olacaq.
Aysel