18:47 Cümə Axşamı, 05 Dekabr 2019
İDMAN

Bu klubun gəliri azalır, borcları artır

17:59, 19.11.201911409
Bu klubun gəliri azalır, borcları artır

İngiltərənin "Mançester Yunayted” klubu maliyyə problemləri yaşayır.

AZXEBER.COM xəbər verir ki, "qırmızı şeytanlar”ın borcu 163 milyon avro artıb. Bu barədə "Sky Sports” nəşri məlumat yayıb. Ümumilikdə, klubun borcu 450 milyon avroya yaxındır.

"Mançester Yunayted”in 2020-ci il üçün gəlirlərinin 650-680 milyon avro olacağı gözlənilir. Ötən il "qırmızı şeytanlar”ın gəlirləri 734 milyon avro idi.

"Mançester Yunayted”in belə maliyyə problemləri yaşamasının əsas səbəblərindən biri komandanın Çempionlar Liqasında iştirak etməməsidir. Hazırda klubun yayım gəlirləri 39 milyon avrodur. Bu, ötən illə müqayisədə 23 faiz azdır.

MY hazırda İngiltərə Premyer Liqasında 12 turdan sonra 7-ci sırada qərarlaşıb.

XƏBƏR LENTİ