Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
SOSİAL
20:42 24.03.2026
317
Martın 25-də Bakının Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR