Daha bir ölkə koronavirusun "Delta" variantı səbəbi ilə karantin elan edib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ilk olaraq Hindistanda ortaya çıxan və dünyada sürətlə yayılan "Delta" variantı bütün ölkələri təşvişə salıb.
Epidemiyanın başlanmasından bəri çox sərt tədbirlər görən Yeni Zelandiya "Delta" variantına 1 nəfərin yoluxması səbəbilə karantin rejimi elan edib.
Epidemiyanın başlanmasından bəri çox sərt tədbirlər görən Yeni Zelandiya "Delta" variantına 1 nəfərin yoluxması səbəbilə karantin rejimi elan edib.
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern ölkənin ən böyük və ən sıx şəhəri olan Oklenddə aşkarlanan virus səbəbindən karantin elan edib.
Karantin yeddi gün Oklenddə və üç gün ölkənin digər şəhərlərində davam edəcək.
Karantin müddətində bütün məktəblər, kafe-restoranlar və bir çox iş yeri bağlanacaq. Vətəndaşlardan isə küçədə maska taxmaq tələb olunacaq.
Yeni növ koronavirus epidemiyasının qarşısını alana Yeni Zelandiya sərhədlərini gələn ilin əvvəllərində türistlər üçün yenidən açacağını bildirib.
Ayşən