Efiopiya bu gün 2016-cı ilə girməyə hazırlaşır.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, hər il 12 sentyabrda yeni ili qarşılayan 120 milyon əhalisi olan ölkə bu gün 2016-cı ilə qədəm qoyur. Bu gün ölkədə Yeni il bayramı qeyd olacaq.
Baş nazir Abiy Əhməd təbrik mesajında keçən il bir çox çətinliklərin öhdəsindən gəldiklərini ifadə edərək, yeni ildə bütün efiopiyalılara xoşbəxtlik arzulayıb. Hökumət həmçinin ölkənin ən böyük iqtisadi layihələrindən biri olan Hedasi bəndinin doldurulmasını yeni ilin başlanğıcına uyğunlaşdırıb.
Qeyd edək ki, Qriqorian təqvimindən təxminən 7 il 8 ay geri qalan və Günəşə əsaslanan Efiopiya təqvimi dini təqvimdir və Efiopiya Federal Demokratik Respublikası tərəfindən bütün rəsmi işlərdə istifadə olunur.
Şəbnəm