"Qəzzada vəziyyət tamamilə pisdir və İsrail təcili yardımla bağlı ən əsas öhdəliklərini və etdiyi razılaşmaları yerinə yetirmir".
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson sosial media hesabında yazıb.
"İsveç AB-dən Assosiasiya Sazişinin ticarət hissəsinin ən qısa zamanda dondurulmasını tələb edir. Eyni zamanda, İsrailə iqtisadi təzyiq artırılmalıdır". - deyə baş nazir əlavə edib.
HƏMAS-a təzyiqlərin də artırılması lazım olduğunu ifadə edən Kristersson "Məhkumlar dərhal və qeyd-şərtsiz azad edilməlidir. İsveç Yaxın Şərqdəki bir çox ölkənin Həmas-ın tərksilah edilməsi və Qəzzanın gələcək idarəçiliyində iştirak etməməsi tələblərini alqışlayır" - deyə yazını yekunlaşdırıb.
Mikayıl