Bu ölkə də mavilərə yaşıl işıq yandırdı

DÜNYA
09:35 26.07.2012
2592
Şotlandiya hökuməti eynicinsli cütlüklərə nigaha girmələri üçün icazə verəcək qanun layihəsini müzakirəyə çıxarmaq niyyətindədir. ANS PRESS-in məlumatına görə, bu barədə “BBC” məlumat yayıb.
Şotlandiyanın baş nazirinin müavini Nikola Stercen bildirib ki, bu, ölkədə bütün insanlara tam bərabər hüquqlar yaratmağa nail olmaq istəyən Şotladiya hökuməti üçün ən düzgün qərar olacaq.Ölkənin bəzi dini təşkilatları buna etirazlarını bildirsələr də, hökumət cavab olaraq deyib ki, həmin din xadimləri bu cür cütlüklərin nigahını kəsməyə də bilər.Bundan başqa, Britaniya hökuməti Uels və İngiltərədə də eynicinsli insanların nigaha girmələri ilə bağlı məsləhətləşmələr aparır.

OXŞAR XƏBƏRLƏR