Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi

Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi
SİYASƏT
13:24 30.05.2025
382
Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə saziş təsdiqlənib.

AZXEBER.COM xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, sazişə görə hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər. Sənəd yalnız qısa müddətli səfərləri əhatə edir.

Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş qeyri-müəyyən müddətə bağlanıb.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
OXŞAR XƏBƏRLƏR