Yaponiyada COVİD-19-la bağlı fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq.
AZXEBER.COM xəbər verir ki, Yaponiya hökuməti pandemiya ilə əlaqədar fövqəladə vəziyyətin müddətinin uzadılmasına qərar verib.
Kyodo agentliyinin xəbərinə görə, COVİD-19-a qarşı sentyabrın 12-də bitməsi planlaşdırılan fövqəladə vəziyyətin müddəti daha üç həftə uzadılacaq.
Baş nazir Suganın "COVİD-19 Məşvərət Şurası”nın tövsiyəsindən sonra karantin müddətinin uzadılması ilə bağlı son qərarı açıqlayacağı bildirilib. Fövqəladə vəziyyət Tokio və Osaka bölgələri də daxil olmaqla, ölkənin 21 əyalətində tətbiq olunanacaq.
Qeyd edək ki, Yaponiyada koronavirusa 1 milyon 583 min 447 nəfər yoluxub. Son statistikaya görə, ölənlərin sayı 16 min 412 nəfərdir.
Ayşən Mirzəyeva