İtaliyanın yeni sağçı koalisiya hökuməti Aralıq dənizində qeyri-qanuni miqrantları xilas edən qeyri-hökumət təşkilatına (QHT) aid gəminin İtaliya limanlarına yanaşmasına mane olan qərar qəbul edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın yeni ifrat sağçı baş naziri Giorgia Melonun sədrliyi ilə toplanan Nazirlər Şurasında qeyri-qanuni mühacirlərin vəziyyəti müzakirə edilib.
İclasda Aralıq dənizində qeyri-qanuni miqrantları xilas edən xarici qeyri-hökumət təşkilatlarının İtaliya ərazi sularında dayanmasını qadağan edən qərar qəbul edilib.
Buna görə, təxminən 180 nizamsız miqrantı xilas edən Almaniya bayraqlı "Humanity 1" gəmisinin Siciliyadakı Kataniya limanı xaricində dənizdə lövbər salaraq dayandırılması qərara alınıb.
Daxili işlər naziri Matteo Piantedosi jurnalistlərə bildirib ki, Almaniya bayrağı altında üzən miqrant xilasetmə gəmisi uşaqların və təcili tibbi yardıma ehtiyacı olanların Siciliyaya gəlməsinə icazə verəcək, lakin gəmi daha sonra qalan miqrantlarla birlikdə beynəlxalq sulara qayıtmalıdır. Piantedosi bildirib ki, Humanity 1 "öz ərazi sularına girərək vəziyyəti məcbur edib". Digər gəmilərin taleyindən bəhs edilməsə də, nazir Piantedosi bildirib ki, Fransa 234 nəfəri daşıyan Norveç bayrağı altında üzən Ocean Viking gəmisindəki mühacirlərin "düşməsini qəbul edə biləcəyini” ifadə edib. Baş nazirin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salvini açıqlamasında "Həmişə olduğu kimi, xilasetmə və yardıma zəmanət verəcəyik, lakin xarici qeyri-hökumət təşkilatlarının İtaliya ərazi sularında dayanmasını qadağan edirik. Qətnaməni imzaladığım üçün fəxr edirəm", - deyə bildirib.
Mikayıl