Bu ölkə Moskvaya uçuşları dayandırdı

Bu ölkə Moskvaya uçuşları dayandırdı
DÜNYA
15:20 02.08.2023
218
Rusiyanın paytaxtı Moskvanı hədəf alan dron hücumları ilə bağlı narahatlıqlar digər ölkələrə də sirayət edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Rusiyanın paytaxtı Moskvaya PUA hücumları səbəbindən Türkmənistan bu şəhərə uçuşları dayandırıb.

Türkmənistan Hava Yolları tərəfindən verilən açıqlamada bildirilib:

"Aşqabad-Moskva uçuşlarının "təhlükəsizliklə bağlı narahatlıq" səbəbiylə dayandırıldığı bildirilib. Moskva hava məkanında yaranmış vəziyyətlə əlaqədar olaraq, uçuşların təhlükəsizliyi ilə bağlı risklərin qiymətləndirilməsi nəticəsində bu marşrut üzrə uçuşlar dayandırılacaq", - məlumatda deyilir.

Ayşən
OXŞAR XƏBƏRLƏR