Bu ölkə oktyabr ayına rekord istilərlə girdi - Minimal temperatur 37 dərəcə oldu

Bu ölkə oktyabr ayına rekord istilərlə girdi - Minimal temperatur 37 dərəcə oldu
DÜNYA
07:41 02.10.2023
251
İspaniyada oktyabrın 1-ində ən yüksək isti hava temperaturu qeydə alınıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya İnstitutu (AEMET) məlumat yayıb.
 
Qeyd olunub ki, oktyabr ayı üçün indiyədək ən yüksək hava temperaturu 22 oktyabr 2014-cü ildə Malaqa şəhərinin Marbella rayonunda 37.5 dərəcə müşahidə edilib.
 
Bu cür istilərin hazırda Badajoz şəhərində olduğu açıqlanıb.
 
Normadan 5-10 dərəcə yüksək olan havanın temperaturu Əndəlus bölgəsinin şəhərlərindən biri olan Sevilyanın Karmona rayonunda 37.4, Jaen əyalətinin Ənducar rayonunda isə 37.2 dərəcəyə çatıb.
 
Eynilə, ölkənin şimal rayonlarında da havanın temperaturu iqlim normasından xeyli yuxarı, bir çox yerlərdə 30 dərəcəni keçib. Ölkə üzrə ümumilikdə 92 yerdə oktyabr ayı üçün temperatur rekordları qırılıb.
 
Xatırladaq ki, bir müddət əvvəl seysmoloqlar İspaniyada 1950-ci ildən bəri ən isti payız mövsümünün olacağını proqnozlaşdırmışdılar. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR