Estoniya Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, məlumatı Estoniya Daxili İşlər Nazirliyi açıqlayıb.
Bildirilib ki, Rusiya Federasiyası nömrə nişanlı avtomobillərin ölkəyə girişi qadağandır, çünki onlar sanksiyalara məruz qalır.
Avropa Komissiyasının sentyabrın 8-də təsdiq etdiyi sanksiyaların icrası ilə bağlı qadağa sentyabrın 13-dən qüvvəyə minib.
Şəbnəm