Meksika hakimiyyəti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırır.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu Meksika dövlətinin başçısı Andres Manuel Lopez Obrador "Twitter"də paylaşım edib.
O tərəfləri sülhə çağarıb.
"Biz sülhə nail olmalıyıq ki, nə Ukrayna xalqı, nə Rusiya xalqı, nə də dünyanın heç bir başqa xalqı əziyyət çəkməyə davam etməsin. Bu müharibələr heç bir halda arzu edilən deyil” ,- deyə Lopez Obrador vurğulayıb.
Prezident əlavə edib ki, Meksika münaqişədən zərər çəkənlərə humanitar yardım göstərməyə qoşulacaq.
Latın Amerikası ölkəsinin lideri bunun nə vaxt və necə olacağını isə açıqlamayıb.