Bu ölkə vətəndaşlarını İngiltərəyə səfər etməməyə çağırdı

DÜNYA
12:07 08.08.2024
106
İngiltərənin bəzi şəhərlərində ekstremistlərin yaratdığı xaosdan sonra Tayland vətəndaşlarına bu ölkəyə getməmələrini tövsiyə edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Tailandın Londondakı səfirliyinin saytında açıqlama verilib.

Açıqlamada Böyük Britaniyada yaşayan və ya ölkəyə səyahət edən Tayland vətəndaşlarına xüsusilə Hal, Liverpul, Bristol, Mançhester, Stok və Blekpul şəhərlərinə səyahət edərkən insanların sıx olduğu yerlərdən uzaq durmaları və diqqətli olmaları barədə çağırış edilib.

Xatırladaq ki, iyulun 30-da İngiltərədə başlayan etirazlar səbəbilə Nigeriya, Avstraliya və Malayziya kimi ölkələr də öz vətəndaşlarına bu ölkəyə səyahət etməmələri barədə xəbərdarlıq etmişdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR