Bu ölkədə 13 yaşından kiçik uşaqların sosial mediaya girməsi qadağan edilə bilər

Bu ölkədə 13 yaşından kiçik uşaqların sosial mediaya girməsi qadağan edilə bilər
DÜNYA
12:55 01.05.2023
223
ABŞ-da 13 yaşından kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun layihəsi hazırlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, son illərdə sosial medianın uşaqlara təsiri böyük müzakirə mövzusuna çevrilib. Bir çox ölkələr uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırsa da, sosial media şirkətləri də valideyn nəzarətini artırıb.
 
Senatda 13 yaşından kiçik hər kəsə sosial media qadağası ilə bağlı razılıq əldə edilib.

13-17 yaş arası uşaqlar da sosial mediadan istifadə etmək üçün valideyn razılığına ehtiyac duyacaqlar.

Qanun layihəsinin qanuna çevrilməsi üçün əvvəlcə Senatda, sonra isə Nümayəndələr Palatasında qəbul edilməlidir.

Qeyd edək ki, Bayden qanun layihəsini təsdiq edərsə, yeni qanunun qüvvəyə minməsi gözlənilir.
 
Gülay

OXŞAR XƏBƏRLƏR