Bu ölkədə 20 ildən sonra ilk dəfə qadın edam ediləcək

Bu ölkədə 20 ildən sonra ilk dəfə qadın edam ediləcək
DÜNYA
20:10 26.07.2023
299
Sinqapurda 20 ildən sonra ilk dəfə bu həftə bir qadın edam ediləcək.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, 2018-ci ildə 30 qram heroin saxladığına görə məcburi ölüm cəzasına məhkum edilən Saridewi Djamani-nin bu həftə edam ediləcəyi gözlənilir.

Ölkədəki ölüm hökmlərini izləyən Ədalət Kollektivinin məlumatlarına görə, sonuncu dəfə 36 yaşlı qadın  Yen May Woen 2004-cü ildə yenidən narkotik ticarəti ittihamı ilə edam edilib.

Ölkədə 10 ilə yaxındır ölüm hökmü əleyhinə kampaniya aparan jurnalist və fəal Kirsten Han deyib ki, Saridewi edamını gözləyən iki qadından biridir.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR