Bu ölkədə 29 nəfər silahlılar tərəfindən qaçırıldı

Bu ölkədə 29 nəfər silahlılar tərəfindən qaçırıldı
DÜNYA
11:52 23.01.2024
119
Nigeriyada silahlılar aralarında uşaqların da olduğu 29 nəfəri qaçırıblar.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi olan Nigeriyanın Katsina əyalətinin Taşar Na-Qulle kəndinə silahlılar  basqın ediblər. 

Basqın zamanı aralarında uşaqların da olduğu 29 nəfər qaçırılıb. 

Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir. 

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Ayşən
OXŞAR XƏBƏRLƏR