Çilidə 5.9 bal gücündə zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Çili Milli Seysmologiya Mərkəzinin (CSN) məlumat yayıb.
Bildirilib ki, episentri ölkənin Atakama bölgəsindəki Kaldera şəhərində olan 5,9 bal gücündə zəlzələ yerli vaxtla saat 15.13-də və yerin 22 kilometr dərinliyində baş verib.
Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.