Cənubi Afrika Respublikasında 90 ibtidai sinif şagirdi küçə satıcısından aldıqları tərkibinə marixuana qatılmış tortu yedikdən sonra xəstəxanalara aparılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Gauteng Əyalət Təhsil Departamentinin sözçüsü Stiv Mabona verdiyi açıqlamada məktəbdə 90 şagirdin küçə satıcısından aldıqları tortları yedikdən sonra ürəkbulanma, mədə ağrısı və qusma kimi zəhərlənmə əlamətləri yaşadığını söyləyib.
Mabona müəllimlərin sinifdə şagirdlərin qəribə davranışlarına şahid olduqdan sonra təcili yardım çağırdığını bildirib.
Şagirdlərin müxtəlif xəstəxanalarda nəzarət altına alındığını bildirən Mabona onların yedikləri tortların içərisində marixuana olduğunun müəyyən edildiyini bildirib.
Mabona qeyd edib ki, polis küçə satıcısını müəyyən edib və məsələ ilə bağlı araşdırmalara başlayıb.
Ayşən