Belçikada apteklərdə dərman tapılmır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Belçika apteklərində yüzlərlə dərman, o cümlədən antibiotiklər, ağrıkəsicilər, ürək və diabet dərmanları tapılmır.
Belçika Federal Dərman Agentliyinin (FAMHP) məlumatına görə, ölkədə səhiyyə sahəsində ciddi problem var.
Qeyd edək ki, antibiotiklər, göz damcıları, ağrıkəsicilər, qızdırmasalan dərmanlar, bəlğəmgətiricilər, ürək, xolesterin, epilepsiya, antibiotik kremləri və şəkər xəstəliyinə qarşı yüzlərlə məhsul bir çox ölkədə tapıla bilməyən dərmanlar sırasındadır.
Ayşən