Polşada keçmiş ədliyyə nazirinin evinə korrupsiya iddiaları ilə bağlı basqın edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Polşa Milli Prokurorluğu Daxili Təhlükəsizlik Xidmətinin (ABW) keçmiş ədliyyə naziri Zbiqnev Ziobronun Ədliyyə Nazirliyində korrupsiya iddiaları ilə bağlı ümummilli araşdırması çərçivəsində evinə basqın etdiyini açıqlayıb.
Ölkə mətbuatında yer alan xəbərə görə, əməliyyat zamanı adı açıqlanmayan 4 nəfərin saxlanıldığı bildirilir.
Polşanın təhlükəsizlik xidmətləri koordinatorunun sözçüsü Jacek Dobrzynski mətbuata açıqlamasında ABW-nin axtarışlarının "dövlət məmurlarının səlahiyyətlərini aşması və vəzifələrini yerinə yetirməməsi" iddiaları ilə bağlı olduğu barədə məlumat paylaşıb.
Yanvarın sonunda Polşada baş prokuror Adam Bodnar cinayət qurbanlarına yardım və cinayətkarların reabilitasiyası üçün yaradılmış Ədliyyə Fondunda korrupsiya iddialarını araşdırmaq üçün Milli Prokurorluqda istintaq qrupu yaradıb.
Xatırladaq ki, keçmiş ədliyyə naziri Ziobro 2015-2023-cü illərdə vəzifəsini icra edərkən Ədliyyə Fondundan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edilib.
Mikayıl