Bu ölkədə bütün apteklər bağlanacaq - Etirazlar başlayır

Bu ölkədə bütün apteklər bağlanacaq - Etirazlar başlayır
DÜNYA
10:33 22.03.2026
304
Martın 23-də maliyyə çatışmazlığı səbəbindən Almaniyanın ərazisindəki bütün apteklər fəaliyyətini dayandıracaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyasında 160 mindən çox insan iştirak edəcək.

Nəşr vurğulayıb ki, aptek müəssisələrinin əməkdaşları xroniki maliyyə çatışmazlığından narazılıqlarını bildiriblər. Onların Berlin, Hannover, Düsseldorf və Münxendə nümayişlər keçirəcəkləri gözlənilir.

"Apteklərimiz, dərman təminatı və Almaniya əhalisinə tibbi xidmət göstərilməsi ilə bağlı vəziyyət artıq uzun müddətdir, gərgin olaraq qalır. Sonuncu dəfə aptek işçilərinin maaşları 13 il əvvəl artırılıb, halbuki bu dövr ərzində əlavə xərclər 65 %-dən çox artıb. 2013-cü ildən başlayaraq Almaniyada apteklərin ümumi sayının 20 %-i bağlanıb”, - deyə Almaniya Aptekləri Federal Assosiasiyasının rəhbəri Tomas Prays qeyd edib.
 
"Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR