Bu ölkədə cərrahiyyə əməliyyatları dayandırıldı - SƏBƏB

Bu ölkədə cərrahiyyə əməliyyatları dayandırıldı - SƏBƏB
DÜNYA
19:26 11.04.2022
452
Şri-Lankada xəstəxanalar dərman çatışmazlığına görə cərrahiyyə əməliyyatlarını dayandırıb.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, Şri-Lanka Tibb Assosiasiyası hökumətə müraciət ünvanlayıb.

Müraciətdə göstərilir ki, artıq bir həftədir tibb müəssisələri idxal dərman vasitələrini əldə edə bilmir. Xəstəxanalar narkoz çatışmzlığına görə əməliyyatları dayandırıb. Bir çox tibb müəssisəsində yüngül xəstələrə belə keyfiyyətli tibbi yardım göstərmək mümkün olmur. 
Müraciətin müəllifləri iddia edirlər ki, böhranın qarşısı alınmasa səfalət və xəstəlikdən ölənlərin sayı koronavirusdan ölənlərdən çox olacaq. 

Qeyd edək ki, Şri-Lanka müstəqillik dövrünün (1948) ən ağır böhranını yaşayır. Ölkənin sərhədləri bağlı olduğu üçün əsas valyuta mənbəyi olsn turizmdən məhrum olub.  
OXŞAR XƏBƏRLƏR