ABŞ COVİD-19-a qarşı daha bir peyvəndin istifadəsini təsdiqləyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) COVİD-19 ilə mübarizə üçün ölkədə 4-cü dəfə "Novavax” peyvəndinin təcili istifadəsinə icazə verdiyini açıqlayıb.
FDA-nın internet saytında edilən açıqlamada "Novavax” peyvəndinin faydalarının risklərdən daha çox olduğu və ABŞ-da 18 yaşdan yuxarı olanların təcili istifadəsinə icazə verildiyi ifadə edilib.
Qeyd edək ki, "Novavax” iyulun 13-də verilən müvəqqəti təsdiqlə "Pfizer-Biontech”, "Moderna” və "Johnson & Johnson”dan sonra ABŞ-da COVİD-19-a qarşı istifadə edilən 4-cü peyvənd olub.
Ayşən