Bu ölkədə COVİD-19-la bağlı YENİ QƏRAR

Bu ölkədə COVİD-19-la bağlı YENİ QƏRAR
DÜNYA
13:42 06.07.2023
197
İspaniya hökuməti COVİD-19 epidemiyasının bitdiyini və apteklərdə, eləcə də səhiyyə ocaqlarında maskalardan məcburi istifadənin ləğv edildiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, İspaniya hökumətindən verilən açıqlamada Nazirlər Şurası COVİD-19 epidemiyasının sona çatdığını elan edib və maskalardan məcburi istifadəni ləğv edib.

İcra hakimiyyəti ahıllar və əlillər üçün tənəffüs yolları infeksiyası əlamətləri aşkar edildikdə səhiyyə ocaqlarında və yaşayış massivlərində maskalardan istifadənin davam etdirilməsini tövsiyə edir.

Paylaşılan son məlumatlara görə, İspaniyada 13 milyon 914 min 811 nəfər Covid-19-a yoluxub.

Onlardan 13 milyon 762 min 417 nəfəri xəstəlikdən xilas olarkən, 121 min 760 nəfər dünyasını dəyişib.

Ayşən
OXŞAR XƏBƏRLƏR